К основному контенту

Rusiya tatarları bölüb yox etmək istəyir


Rafis Kaşapov
  

BAYRAQDAR MEDİA – Sürgündəki Tatarıstan Hökuməti işğalçı Rusiyanın tatarları bölərək yox etmək cəhdləri ilə bağlı həyəcan təbili çalır. Hökumətin Baş naziri Rafis Kaşapov bununla bağlı aprelin 24-də yaydığı açıqlamada bütün dünya tatarlarını diqqətli olmağa çağırıb.

Rusiya içindəki tatar milli-mədəni qurumlarına və xaricdə yaşayan soydaşlara ünvanlanan aşıqlamada bildirilir ki, Rusiya Elmlər Akademiyasında bu ilin fevralında dillərlə bağlı müzakirə keçirilib. Müzakirə zamanı Moskoviya (yəni Rusiya) ərazisindəki xalqların dilləri şübhə altına alınıb.

Açıqlamada qeyd edilir ki, REA-nın keçirdiyi müzakirələrdə yenə də Sibir tatarlarının guya ayrı bir dilə sahib olduğu görüntüsü yaradılıb. Bu yolla da Rusiya hakimiyyəti vahid tatar dilini və tatar xalqını bölməyi hədəfləyir.

“Moskoviya bu yolla vahid tatar xalqının içərisinə qarşıdurma və ayrıseçkilik salmaq, süni şəkildə onları bir-birinə yad kimi göstərmək məqsədi güdür”, – deyə açıqlamada qeyd edilir.

O da bildirilir ki, “Moskoviya və onun şovinistləri” açıq şəkildə tatarların ümumiyyətlə var olmadığını iddia edirlər. Halbuki elə Qərbi Sibirin özündə ən azı 500 min tatar yaşamaqdadır.

Eyni zamanda qeyd edilir ki, Müstəqil Tatarıstan hökumətinin əsas məqsədi bütün dünya tatarlarının bir olmasını təmin etməkdir. Ona görə də tatarlar Moskoviyanın təxribatına uymamalı, birlik və bərabərliyi qorumalıdır.

“Biz yadda saxlamalıyıq ki, Sibirdə, Volqaboyunda, Başqırdıstanda, Udmurtiyada, Samarada, Ulyanovskda, Asiyada, Avropada yaşamağımızdan asılı olmayaraq vahid bir xalqıq. Yalnız hamımız birlikdə – birləşərək kölə zəncirini qırmaqla qalib gələ və Moskoviyadan müstəqil ola bilərik”, – deyə açıqlamada bildirilir.
https://www.bayraqdar.info/2023/04/25/rusiya-tatarlari-bolub-yox-etm%c9%99k-ist%c9%99yir/

Комментарии

Популярные сообщения из этого блога

Татарский народ имеет право на свое государство. Меджлис рассмотрит вопрос признаниям независимости Татарстана

Татарский народ имеет право на свое государство. Меджлис рассмотрит вопрос признаниям независимости Татарстана. Членами Меджлиса крымскотатарского народа в ближайшее время будет рассмотрено по сути обращение Правительства Независимого Татарстана о признании независимости. Об этом QIRIM.News заявил глава Меджлиса Рефат Чубаров. Он выразил уверенность, что крымские татары вместе с казанскими татарами найдут «ещё более эффективные пути нашего сотрудничества во благо наших народов». «Меджлис крымскотатарского народа активно взаимодействует с руководителями Правительства независимого Татарстана по всем вопросам, связанным с поддержкой Украинского государства, укреплением взаимоотношений между крымскотатарским и татарским народами. Чубаров отметил, что современная россия является государством, в котором против воли к свободе и независимости, силой удерживаются коренные народы. «К числу таких порабощенных народов, прилагающих особые усилия к обретению своей свободы и образованию независим...

В Канаде ЖЁСТКО ОБЛАМАЛИ Трампа! НОВЫЙ премьер ОТВЕТИЛ на УГРОЗЫ США.

В Канаде ЖЁСТКО ОБЛАМАЛИ Трампа! НОВЫЙ премьер ОТВЕТИЛ на УГРОЗЫ США. ПОСЛУШАЙТЕ  ‪@dwrussian‬

Серия ударов по авиабазам ВВС РФ | Спад производства и бюджетный кризис в России

Серия ударов по авиабазам ВВС РФ | Спад производства и бюджетный кризис в России  https://www.youtube.com/watch?v=frSqAPJ6VeE